09 fevral 2019 14:05
494

Yurçeviç Bakıda

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib.

"İki sahil" xəbər verir ki, AFFA ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.

N.Yurçeviç Xorvatiya yığmasında Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə komanda yoldaşı olub. O, uzun müddət Xorvatiya futbolunun daha bir tanınmış siması – Slaven Biliçlə birgə çalışıb. 2002-ci ildə vətənində “Zaqreb” komandasında baş məşqçi kimi fəaliyyətə başlayan sabiq yarımmüdafiəçi növbəti mövsümdə Zareb “Dinamo”suna, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib.

Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan N.Yurçeviç Xorvatiya millisində, eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.