17 fevral 2020 09:39
1218

"Yuventus" yenidən liderliyi ələ alıb

İtaliya A seriyasında XXIV turun oyunları davam edir.

"İki sahil" xəbər verir ki, Avropa Liqasına iddia edən "Verona" Udinedə yerli "Udineze"nin müqavimətini qıra bilməyib.

"Yuventus" Kriştianu Ronaldonun yoxluğunda Turində autsayder "Breşiya"nı hər hissədə vurduğu 1 qolla üstələyib və yenidən zirvəni ələ keçirib. Bu mövsüm uğursuz nəticələrlə diqqət çəkən "Napoli" səfərdə "Kalyari"dən güclü olub. Neapol təmsilçisinə 3 xal qazanmaq üçün 1 xal kifayət edib.

Turun mərkəzi qarşılaşması Romada keçirilib. Çempionluğa iddia edən 3 komandadan ikisi - "Latsio" ilə "İnter" üz-üzə gəliblər. "Neradzurra" ilk hissədə önə keçsə də, fasilədən sonra iki qol vuran "Latsio" qələbə qazanaraq, rəqibini geridə qoyub.