21 noyabr 2019 13:54
767

Zamanın tələbindən yaranan partiya

20 Noyabr Yeni Azərbaycan Partiyasının 27 illiyi münasibəti ilə YAP Hacıqabul rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.   

Sonra tədbirdə Yeni Azərbaycan Partiyasına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında müstəsna xidmətləri olmuş, yarandığı ilk gündən müasirliyi, yeniliyi fəaliyyətinin əsas məqsədi kimi qarşıya qoyan, demokratik dəyərlərə söykənən, saf əqidəli insanları ətrafına toplayan Yeni Azərbaycan Partiyası  yüz minlərin partiyasıdır. Vurğulayıb ki, zamanın tələbi ilə yaranan YAP Heydər Əliyevin rəhbərliyi altında çox böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün bir sıra çətinlikləri aradan qaldırdı, xalqın birlik simvoluna çevrildi.

YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Firdovsi İbrahimov, Gülüstan Almazova YAP-ın Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli yerindən və rolundan bəhs edib.

Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Hacıqabul rayon təşkilatı Qadınlar Şurasının sədri Zeynəb Yunuslu    YAP-ın yaranmasını, tez bir zamanda xalqımızın iradəsi ilə siyasi hakimiyyətə gəlişini müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi dəyərləndirib. Müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb

Zahid Rza, “İki sahil”