24 yanvar 2021 23:23
1424

Zaxarova: Buna mütləq cavab verəcəyik

“Rusiya Xarici İşlər Nazirliyi yanvarın 23-də Rusiya Federasiyasındakı icazəsiz hərəkətlərlə əlaqədar amerikalı diplomatların şərhlərinə cavab verəcək və prosesi davam etdirəcək”.
“İki sahil”in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova deyib.
"Buna mütləq cavab verəcəyik", deyən M.Zaxarova xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyinin bir gün əvvəl də bildirdiyi kimi, Amerikalı diplomatlar ABŞ-ın Moskvadakı səfirliyinin davranışı və Dövlət Departamentinin açıqlamaları ilə bağlı Xarici İşlər Nazirliyinə izahat verməli olacaqlar.