21 oktyabr 2020 00:12
864

Zəngilanda Azərbaycan bayrağı dalğalanır - Gürcüstan mətbuatı

Gürcüstan mətbuatının bugünkü buraxılışlarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa növbəti müraciəti və müzəffər Azərbaycan Ordusunun yeni qələbələri, Zəngilan şəhərinin və rayonun, eləcə də Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının bəzi kəndlərinin işğaldan azad etməsi barədə xəbəri, eləcə də işğaldan azad olunmuş Zəngilan şəhərində dövlət bayrağımızın dalğalanması barədə xəbərlər yenə də ən çox oxunan xəbərlər sırasındadır.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, nüfuzlu report.ge, 24news.ge, pia.ge, aktual.ge informasiya portalları, televiziya kanalları Azərbaycan Prezidentinin xalqa yeni müraciətini Azərbaycan, rus, gürcü və ingilis dillərində oxuculara çatdırıblar.

Xəbərlər insanlara təkcə mətn və fotolarla deyil, videogörüntülər vasitəsi ilə də çatdırılır.

Bəzi materiallarda Azərbaycan Prezidentinin xalqa müraciəti zamanı “Biz Ermənistan hökumətini diz üstə çökdürdük” kəlamı sərlövhə kimi təqdim olunub.