24 yanvar 2021 21:50
871

Zərif Bakı proqramını açıqladı

“Əsas müzakirə mövzusu bu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir”.

“İki sahil” İRNA-ya istinadən xəbər verir ki, bunu Bakıya səfəri zamanı  jurnalistlərə açıqlamasında İran xarici işlər naziri Mәhәmmәd Cavad Zәrif deyib.

O bildirib ki, bazar ertəsi yenidənqurma, eləcə də Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və burada sabitliyi qorumaq üçün Azərbaycan rəsmiləri ilə görüşəcək: “Qardaş ölkəmiz və millətimiz - Azərbaycan Respublikasının öz torpaqlarını işğaldan azad etməsindən məmnunuq və bu gün Azərbaycan torpaqları Azərbaycan Respublikası xalqının əlindədir. İstədik ki, azad edilmiş torpaqların sakinləri ən qısa vaxtda yaşayış yerlərinə qayıda bilsinlər".

İranın XİN başçısı bildirib ki, səfəri çərçivəsində tranzit, şimal-cənub və cənub-qərb dəhlizlərini də müzakirə edəcəklər.