11 yanvar 2019 16:52
105

Zərif istefa verir?

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefası xəbəri əsassızdır.

Trend-in məlumatına görə, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

O qeyd edib ki, son vaxtlar yayılan xəbərlər İranın milli maraqlarına ziyan vurmaq məqsədi daşıyır.

Bundan başqa, M.Vaezi İranın nüvə sazişini tərk edəcəyi barədə xəbərlərin də həqiqətə uyğun olmadığını deyib.