24 iyun 2019 17:26
1635

Ziddiyyətli bəyanatlar ABŞ-ı idarə edən komandadakı siyasətsizliyi və dağınıqlığı göstərir

"Koalisiya yaratmaq üçün atılan addımlar yeni deyil və yaratdıqları ittifaqlar da uğursuz olmuşdur". 

"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi  keçirdiyi həftəlik mətbuat konfransında  ABŞ dövlət katibi Mayk Pompeonun "İrana qarşı qlobal koalisiya yaratmağın ilk addımı" kimi səciyyələndirdiyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfərinə münasibətini bildirərkən deyib. 
 
 İranın 15 ölkə ilə qonşu olduğunu xatırladan və onlara qarşı koalisiya yaratmağın çətinliyinə diqqət çəkən Musəvi "Regiona hər gün də gəlsələr, müvəffəqiyyət əldə edə bilməyəcəklər. Bir-birinə zidd və ziddiyyətli bəyanatlar da ABŞ-ı idarə edən komandadakı siyasətsizliyi və dağınıqlığı göstərir" fikrini bölüşüb.
 
 Regionda gərginliyi artırmağı istəmədiklərini və təzyiqin azaldılmasını məmnuniyyətlə qarşılayacaqlarını dilə gətirən Musəvi region ölkələri ilə də dialoqa hazır olduqlarını qeyd edib.