27 sentyabr 2020 00:30
951

“Zirə” “Keşlə”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

“İki sahil” “Qafqazinfo”ya istinadla bildirir ki, turun üçüncü matçında "Keşlə" "Zirə"ni qəbul edib.

"ASK Arena"da baş tutan qarşılaşma "Zirə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 7-ə yüksəldən "Zirə" 1-2-ci, 5 xalı olan "Keşlə" isə 5-6-cı yerləri bölüşdürür.