"Zirə" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi yunanıstanlı müdafiəçi Anastasios Papazoqlu ilə anlaşıb. 30 yaşlı futbolçunun qarşıdakı 2 gün içində Bakıya gələrək,müqavilə imzalayacağı gözlənilir. Sözləşmənin müddəti 1 illik olacaq.
Qeyd edək ki, son klubu OFİ olan Papazoqlu ötən mövsüm 13 matçda meydana çıxıb. Karyerası ərzində “Panserriakos”, “Olimpiakos”, PAOK, “Ksanti”, “Pantelikos” və “Apollon Smirnis”də oynayan müdafiəçi Yunanıstanın U-19 və U-21 millilərinin də formasını geyinib. Hazırda azad agentdir.