15 oktyabr 2019 19:26
793

Zirvə Görüşü Qazaxıstan mediasının diqqət mərkəzində

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Qazaxıstan mediasının diqqət mərkəzindədir. Ölkənin yerli televiziya kanalları, xəbər saytları Bakıda keçirilən yubiley Sammitinə geniş yer ayırıb.

“Egemen” dövlət qəzeti, Kazinform dövlət agentliyi, “Bnews.kz”, “365.kz”, “TengriNews.kz”, “Kapital.kz” saytları, “24”, “Khabar” televiziya kanalları türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə Görüşü, keçirilən görüşlər barədə ətraflı məlumat verib.

Xəbərlərdə Qazaxıstan-Azərbaycan əməkdaşlığının inkişaf dinamikasından, dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən bəhs olunur.