15 yanvar 2020 11:09
940

"099"la başlayan nömrələrin satışına başlanılıb

"Bakcell" şirkəti özünün yeni “099” (və ya beynəlxalq yığım qaydası +99499 olan) mobil prefiksini kommersiya istifadəsinə verib.

"İki sahil" xəbər verir ki, nömrələrin satışı bu gündən etibarən həyata keçiriləcək.

Yeni "099" prefiksi sayəsində istifadəçilərin geniş çeşidli yeni nömrələrdən seçim imkanı əldə edəcəkləri bildirilir.

İlkin mərhələdə Bakcell abunəçilərinə “099”la başlayan və uşaqların doğum günü və ya həyatlarının hər hansı əhəmiyyətli günü ilə bağlı olan xüsusi kombinasiyalı mobil nömrələr əldə etmək imkanı veriləcək.