30 iyun 2020 16:16
439

1 prospekt və 1 küçədə üfüqi nişanlanma xətləri yenilənəcək

Neftçilər prospekti və Niyazi küçəsində bu gün axşam saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

"İki sahil" xəbər verir ki, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.