30 yanvar 2019 18:49
270

10 metri aşan qarda kəndlərə yol açmağa çalışırlar FOTO

Türkiyədə bu kəndlərə gedən yol 20 gündür bağlıdır.

Qarın qalınlığının dağlıq hissələrdə 10 metrə çatdığı deyilən Muşda qarı öncə qar təmizləyən maşınla dağıdır, sonra isə qar sovurma maşını ilə təmizləyirlər.

Şərqi Anadolu bölgəsindəki şəhərlərdən Van, Hakkari, Muş və Bitlisin qar yağması səbəbi ilə 296 yaşayış məskəni ilə əlaqəsi kəsilib.

Nəticədə Üçevlər deyilən yol təxminən 20 gündür bağlı qalıb.

Şəhərin idarəetmə nümayəndələri yolu açmaq üçün çalışırlar. Onların məqsədi yolu 2-3 günə açmaqdır. /AzNews.az