30 yanvar 2019 17:13
792

11 aylıq nəvələrini odun sobasında yandırdılar - Dəhşətli cinayət

Xakasiya respublikasında dəhşətli qətl hadisəsi törədilib.

Azvision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə Taştıp rayonunun Xaroy kəndində qeydə alınıb. İstintaq zamanı məlum olub ki, kənddə yaşayan qadın 11 aylıq övladını valideynlərinin yanında qoyaraq digər kəndə gedib. Lakin qadın geri qayıdanda övladını tapa bilməyib. Qohumların axtarışlardan sonra uşağın yanan cəsədi evdə olan odun sobasında tapılıb. 

Qeyd olunub ki, aparılan araşdırma zamanı bəlli olub ki, içkili vəziyyətdə olan 42 yaşlı nənə və 47 yaşlı baba nəvələrini bəlli olmayan səbəbdən odunla yanan sobanın içərisinə atıb. Faktla bağlı cinayət işi açılıb, 11 aylıq uşağın qətli ilə bağlı hər iki şəxs saxlanlıb.