14 yanvar 2020 17:36
521

15 milyon manatlıq istiqraza 84 milyon manatlıq sifariş gəldi

Bu gün  “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105002783 ISIN kodlu, tədavül müddəti 728 gün olan 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, AZ0105002783 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 88.4 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 15 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.0381 (gəlirlilik 5.9418 faiz ) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 11 yanvar 2022-ci ildir.