21 yanvar 2020 21:24
1413

15 milyonluq brilyantları ilə tədbirə gəldi - FOTO

Dünya şöhrətli müğənni-aktrisa Cennifer Lopez sevgilisi Aleks Rodrigez ilə birlikdə ABŞ-da keçirilən "SAG Awards-2020" mükafatlandırma mərasiminə qatılıb.

50 yaşlı sənətçi gecədə xüsusi diqqət çəkib. Belə ki, çiyinləri və kürəyiaçıq qara rəngli atlas paltar geyinən ulduz zinət əşyaları ilə hər kəsin gözünü qamaşdırıb. 

Cey Lonun tədbir üçün taxdığı brilyant boyunbağı, sırğa və qolbağının ümumi dəyəri 9 milyon dollar (təxminən 15 milyon 300 min manat) olduğu deyilir. //Axşam.az