25 iyun 2020 10:56
322

15 yaşlı futbolçu La Liqanın tarixinə düşdü

İspaniyanın "Malyorka" klubunun futbolçusu Luka Romero La Liqanın tarixinə düşüb. 

"Report"un məlumatına görə, 2004-ci il təvəllüdlü yarımmüdafiəçi İspaniya çempionatında meydana çıxan ən gənc oyunçu kimi rekord müəyyənləşdirib. 

Romero XXXI turda "Real Madrid"ə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanın 82-ci dəqiqəsində meydana daxil olub. Meksikalı futbolçu 15 yaş 219-cu günündə La Liqa matçında iştirak edib. 

Qeyd edək ki, Luka Romero "Malyorka"nın yetirməsidir. Əvvəlki rekord "Selta"nın sabiq futbolçusu Sansona məxsus olub. İspaniyalı müdafiəçi 1939-cu il dekabrın 31-də "Sevilya"nı 4:1 hesabı ilə yendikləri qarşılaşmada 15 yaş 255 günündə debüt edib.