18 oktyabr 2019 20:17
233

16 təyyarənin sahibi tapılmadığından satışa çıxarılır

İstanbulda yeni hava limanının istifadəyə verilməsi ilə köhnə Atatürk Hava limanınında uzun müddət qalan 16 təyyarənin sahibi çıxmadığından hərracda satışa çıxarılacaq.

“Ölkə.Az” xəbər verir ki, hava limanında qalan 17 təyyarınin sahibləri tərəfindən götürülüməsi üçün müracitələr olsa da, ancaq bir nəfər “Antonov”An-12 təyyarəsinin sahibi ortaya çıxaraq  təyyarəsini götürüb.

Yerdə qalan təyyarə sahiblərindən xəbər yoxdur. Təyyarələri aviaparkdan götürmək üçün  elan edilən 30 gün də başa çatıb. Ona görə də hava limanında sahibsiz qalan təyyarələr  hərraca çıxarılıb satılacaq.

Təyyarələrin açıq hərraca çıxarılıb satışı üçün hazırlıq içlərinə başlanılıb.