30 yanvar 2019 12:24
331

17 film “Qızıl Ayı” mükafatı uğurunda yarışacaq

Almaniyanın paytaxtı Berlində keçiriləcək 69-cu Beynəlxalq Film Festivalında 17 ekran əsəri “Qızıl Ayı” mükafatı uğrunda yarışacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, fevralın 7-dən 17-dək davam edəcək festival çərçivəsində 74 ölkədən 400 film göstəriləcək. Müsabiqə bölümündə yer alan 23 filmin 17-si “Qızıl Ayı” mükafatı üçün yarışacaq.

Türk rejissor Əmin Alperin “Bacılar” filmi ilə yanaşı, rejissor Fateh Axının “Qızıl əlcək” filmi də “Qızıl Ayı”nın namizədləri sırasındadır. Hər iki ekran əsərinin festival çərçivəsində premyerası nəzərdə tutulur.

Festival danimarkalı rejissor Lone Scherfigin “The Kindness of Strangers” adlı filminin nümayişi ilə açıq elan ediləcək.

Məşhur fransız aktyoru Juliette Binoche festivalın beynəlxalq münsiflər heyətinin sədri qismində iştirak edəcək.