11 iyun 2019 11:29
176

1800-dən çox bakalavr ixtisaslaşma seçimi edib

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyunun 11-i saat 10:40-a olan məlumata görə, ümumilikdə 1823 nəfər (Azərbaycan bölməsi üzrə 1637, rus bölməsi üzrə 186) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.