Çiaturadakı baş keşiş Tadeoz Saralidzenin bazar günü moizəsindən sonra Gürcüstanda qalmaqal yaşanıb. Baş keşişin bir neçə mövzuda erməniləri tənqid etməsinə dair ifadələr sosial şəbəkədə paylaşılan bir videoda ortaya çıxıb. Erməni diasporası din xadiminin Gürcüstandakı etnik siyasət ilə bağlı fikirlərini bəyənməyib. Belə ki, baş keşiş Tadeoz ermənilərin Gürcüstana qarşı çıxmasından, eləcə də onların müsəlmanlar ilə ölkənin xristian əhalisi arasında qarışıqlıq yaratmağa çalışmalrına dair təxribatlardan bəhs edib. Din xadimi öz çıxışlarında insan alicənablığının ermənilərə yad olduğunu qeyd edib. Ölkədəki erməni diasporasının fitnəsinə görə qəzəblənən baş keşiş, cinayətkar ermənilərin gürcüləri öz ölkələrindən qovmağa çalışdıqlarını qeyd edib.
Qeyd etmək lazımdır ki, ermənilər Gürcüstanda məqsədyönlü şəkildə separatçılığı qızışdırırlar. Buna sübut olaraq, 2021-ci ilin yanvarında gürcü kəndlərindən birində dini zəmində müsəlman və xristian icmaları arasında baş verən münaqişəni göstərmək olar. Belə ki, Buknari adlı kənddə baş verən qarşıdurma, yerli müsəlmanların ənənəvi cümə namazı üçün ibadətgah qurmaq istədiklərinə görə başlayıb. Qarşıdurma nəticəsində müsəlman icmasından olan iki yeniyetmə daşla vurulduqlarına görə xəstənaya aparılıb. Polis hadisənin günahkarlarından birini saxlamağa nail olub.
Hadisə ilə bağlı Gürcüstan KİV-lərinin Buknari kəndindən yayımladığı görüntülərdə həmin kənddəki polis məmurları ibadət evi təşkil etmək hüququnu müdafiə edənləri öldürməklə hədələyən bir neçə nəfəri çətinliklə saxlamağa müvəffəq olub. Daha sonra mövcud vəziyyət Acarıstanın bir neçə sakininin müsəlman icmasına dəstək olmaq məqsədilə Buknari kəndinə gəlməsi ilə bir qədər mürəkkəbləşib.
Buknari kəndində baş verən hadisəyə dair münasibət bildirən Gürcüstanın Prezidenti Salome Zurabişvili bu məsələdə müsəlmanlara haqq qazandırıb. “Gürcüstan həmişə din müxtəlifliyinin olması ilə fəxr etmişdir. Bu, ölkəmizin zənginliyidir, gücünün əsaslarından biridir və hər zaman qayğı göstərmişik. Konstitusiya vətəndaşlarımızın etiqad azadlığını təmin edir. Dini xidmətlərin və mərasimlərin keçirilməsi vətəndaşlarımızın haqqıdır və heç kəs bu hüququ məhdudlaşdıra bilməz" - deyə, Gürcüstanın Prezidenti qeyd etmişdir.
Buknari kəndində baş verən hadisəyə Şemokxedi yeparxiyasında da qiymət verilmişdir. Ruhanilərin fikrincə, kəndlilər dua edərkən bir-birlərinə qarışmamalıdırlar, münaqişə isə sona yetirilməlidir.
Qeyd etmək lazımdır ki, Buknari kəndində baş verən qarşıdurmanın əsas günahkarları məhz burada yaşayan, eləcə də gürcü soyadlarını qəbul edərək özlərini gürcülər kimi qələmə verməyə çalışan ermənilərdir. Belə ki, bu baxımdan ermənilərə məxsus - nashaarmenia.info saytının Buknari kəndindəki hadisə ilə bağlı yayımladığı dezinformasiya diqqətimizi cəlb edir. Həmin dezinformasiyada ermənilər azərbaycanlıları işğalçı, vandal kimi qələmə verməyə çalışırlar. Bu məqamdan aydın şəkildə görünür ki, ermənilər məqsədyönlü şəkildə təxribatlar törədir, daha sonra isə dezinformasiyalar yayımlayaraq törətdikləri hadisələrə görə günahı azərbaycanlıların və gürcülərin üzərinə atmağa çalışırlar.
Xatırlatmaq istəyirik ki, Rusiyanın informasiya agentliyi olan - inosmi.ru saytında hələ 2016-cı ilin mayın 11-də yayımlanan “Gürcüstanda erməni separatizmi baş qaldırır” adlı məqalədə - ermənilərlə gürcülər arasında 2016-cı ilin aprelin 23-də Samtsxe-Cavaxetidə baş verən kütləvi dava-dalaşda ermənilərin günahkar olduqları halda əməllərinə görə gürcüləri günahlandırmaları açıq-aşkar şəkildə qeyd olunur. Ermənilərin “Cavaxk diasporası” müntəzəm olaraq separatçı şüarlarla çıxış edir, sabitliyi pozur və millətlərarası qarşıdurmalara səbəb olur. Qeyd etmək lazımdır ki, ermənilər gürcülərə açıq şəkildə arsızcasına Cavaxetinin ermənilərə məxsus olduğunu, gürcülərin isə burada qonaq olduğunu bildirmişlər. Belə ki, 2016-cı ilin aprelin 24-də ermənilər məşəl yürüşü keçirmişlər, spirtli içkilər qəbul etmişlər və bu zaman qarşılarına çıxan bir qrup gürcü gənclərinə qarşı son dərəcə aqressiv şəkildə davranmışlar. Ermənilər həmin vaxt həyasızcasına gürcülərə, nəyə görə “erməni soyqırımı”nı tanımadıqlarını, niyə belə bir gündə onlarla kədərlənmədiklərini, niyə Qarabağdakı erməniləri dəstəkləmədiklərini söyləmişlər. Bu vaxt gürcü gənclərindən biri onlara yerindəcə cavab verərək, “əbədi qurban” rolunu oynamaqdan vaz keçmələrini tövsiyyə etmişdir. Digər bir gürcü gənci isə bu cür tədbirlərin küçədə yox, kilsədə keçirilməli olmasının vacibliyini onlara bildirmişdir. Lakin daha sonra ermənilər [4] həyasızlıqlarından geri qalmayaraq, gürcülərin üzərinə qışqıraraq demişlər: “Cavaxeti bizim torpağımızdır və siz burada qonaqsınız, ona görə də bizə nə edəcəyimizi söyləməyin”. Daha sonra ermənilərdən birinin gürcünü vurması, hər iki tərəf arasında dava-dalaşın meydana çıxmasına səbəb olmuşdur. Erməni KİV-ləri bu zaman erməniləri vəziyyətdən çıxarmaq üçün guya gürcü gənclərinin sərxoş vəziyyətdə olduqlarını yazmışdılar.
Heç kəsə sirr deyildir ki, erməni qriqoryan kilsəsinin dini-etnik ekstremist mövqe tutaraq erməniləri dünyanın hər yerində təxribat törətməyə çağırır. Tarixən erməni katolikoslarının fəaliyyətinin əsasında erməni millətçiliyi, eqoizmi, türk-müsəlman əhalisinə qarşı düşmənçilik dayanmışdır. Erməni qriqoryan kilsəsinin yarandığı vaxtdan indiyə kimi göstərdiyi fəaliyyətə nəzər saldıqda aydın şəkildə görürük ki, həmin kilsənin əsas məqsədi dini-etnik münaqişələr yaratmaq, erməni terrorizmini dəstəkləmək, türk-müsəlman əhalisini etnik təmizləməyə və deportasiyaya məruz qoymaqdan ibarətdir. Qriqoryan kilsəsinin göstərişi ilə törədilmiş terror aktları xüsusi qəddarlığı ilə fərqlənmiş, bunun nəticəsində günahsız uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliama və soyqırıma məruz qalmış, yaşayış məskənləri, mədəni və dini abidələr məhv edilmişdir.
Bu gün Gürcüstandakı din xadimləri də Ermənistanın əslində necə təcavüzkar bir dövlət olduğunu açıq-aşkar şəkildə görür və ermənilərin əsl məqsədini ifşa edirlər. “Əbədi qurban” rolunu canlandıran ermənilər hazırladıqları saxta “erməni soyqırımı” ssenarisini dünya ictimaiyyətinə sırımağa cəhd etmələrinə baxmayaraq, artıq heç kəs bu yalana inanmır, nə də ki qəbul etmir. Həqiqət isə ondan ibarətdir ki, Ermənistan tarix boyu işğalçı dövlət olmuşdur. Hesab edirik ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər artıq Azərbaycanın və Gürcüstanın torpaqlarının onlara aid olmamasına dair həqiqətlə barışmalı və uğradıqları tarixi məğlubiyyətlərindən özlərinə dərs çıxarmalıdırlar. Necə ki, İkinci Qarabağ müharibəsində möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti sayəsində şanlı Azərbaycan ordusu Ermənistana unudulmaz bir dərs verdi.
Kamal Salayev,
AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi