23 fevral 2021 14:34
490

İndicə peyvənd olunmuşam, özümü çox yaxşı hiss edirəm

Vaksinasiya hər kəs üçün vacibdir. Virus daha geniş yayılmasın, Azərbaycan əhalisi sağlam olsun deyə, bu vaksinasiya hökmən lazımdır.

"İki sahil" xəbər verir ki, bunu yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz deyib.

"Gördüyünüz kimi, mən də indicə peyvənd olunmuşam, özümü çox yaxşı hiss edirəm və sizinlə rahat danışıram" - deyə, o bildirib.

***

Qeyd edək ki, siyasi partiya sədrlərinin COVID-19 əleyhinə vaksinasiyası başlayıb. Peyvəndləmə Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.  İki gün ərzində həyata keçiriləcək prosesin ilk günündə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Müstəqil Xalq Partiyasının sədri Əfran İbrahimov, Milli Vəhdət Partiyasınn sədri Yunus Oğuz virus əleyhinə peyvənd olunublar.