23 fevral 2021 16:55
551

Bakıda hava dəyişməyə başladı

Paytaxtda səhər saatlarından etibarən günəşli olan hava artıq dəyişməyə başlayıb.

"İki sahil" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd olunduğu kimi, 23 fevral tarixində axşama doğru hava şəraiti dəyişir.

Məlumatda bildirilmişdi ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.