14 yanvar 2020 11:30
78

2 ton ot yandı

İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.