23 fevral 2021 21:30
413

Xarici işlər nazirlərinin üçtərəfli görüşü

Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

"İki sahil" xəbər verir ki, görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə birgə mətbuat konfransı təşkil edilib.

Əvvəlcə nazirlər görüşün protokolunu imzalayıblar. Sonra nazirlər üçtərəfli görüşün yekunları ilə bağlı fikirlərini bölüşüblər.