24 fevral 2021 02:05
104

35 erməni hesabı bloklanıb

"Twitter" sosial şəbəkəsi Rusiya, Ermənistan və İranla bağlı 373 hesabı platforma ilə manipulyasiya siyasətinin pozulmasına görə bloklayıb.

"İki sahil"in məlumatına görə, Rusiya ilə əlaqəli 100, İranla əlaqəli 238 hesab bağlanıb. Qeyd edilir ki, "Azərbaycanı hədəf etmək məqsədilə" yaradılan 35 erməni hesabı da sosial şəbəkənin siyasətini pozduğuna görə bloklanıb.