24 fevral 2021 00:11
546

ƏƏSMN rəsmisi: 12 ildən çox yaşayan pensiyaçının sığorta kapitalı bitir

“Dövlət Statistika Komitəsinin müəyyən etdiyi rəqəmlərə görə, Azərbaycanda orta ömür uzunluğu 77 ildir. 65 yaş isə pensiyaya çıxma yaşıdır. Ortada 12 illik pensiyia ödəniş dövrü var”.

“İki sahil” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov "Yeni TV"də deyib.

Ölkəmizdə pensiya həddinin yüksək olmadığını bildirən nazirlik rəsmisinin sözlərinə görə, bu gün azərbaycanda olan 1 milyon 232 min pensiyaçının 54 faizi 12 ildən artıqdır pensiya alır: “Vətəndaş pensiya yaşına çatdıqda topladığı kapitalı 12 il ərzində ödəməyi planlaşdırırıq. Əgər vətəndaş 12 ildən artıq yaşayırsa, onun ödənişini kəsmirik. Onu da qeyd edim ki, 1 milyon 232 min pensiyaçının 63 faizi yaşa görə pensiya alır”.