24 fevral 2021 00:54
387

Koronavirusun bitəcəyi tarix

Koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq”.

“İki sahil" xəbər verir ki, belə bir proqnozla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klyuqe deyib. “Ən pis ssenari arxada qaldı. Biz 2020-ci illə müqayisədə virus haqqında artıq daha çox informasiyaya sahibik”, - deyə Klyuqe bildirib. Onun sözlərinə görə, virus insan populyasiyasından tamamilə yox olmayacaq. Bununla belə məhdudlaşdırıcı tədbirlər gələn ilin əvvəlinədək başa çata bilər. Klyuqe daha sonra bunun yalnız bir proqnoz olduğunu, vəziyyətin necə inkişaf edəcəyini dəqiq deməyin mümkün olmadığını sözlərinə əlavə edib.