26 fevral 2021 12:16
980

Küveyt Neft Korporasiyası bəzi asiyalı müştərilərinə neft tədarükünü azaldacaq

Küveyt Neft Korporasiyası (KPC) Hindistan və Yaponiyadan olan bəzi müştəriləri ilə illik tədarük müqavilələrinə yenidən baxmağa hazırlaşır. Belə ki, şirkət cari ilin doqquz ayı ərzində neft tədarükünün həcmini azaltmağı planlaşdırır. Buna səbəb Küveyt Neft Korporasiyasının yeni açılmış emal müəssisəsinin tələbatını təmin etmək niyyətidir.

“OPEC”in dördüncü ən böyük neft hasilatçısı “KPC”, Hindistan şirkətləri ilə aprel ayında imzalanacaq 2022-ci ilin mart ayına qədər nəzərdə tutulmuş müqavilələrin müddətini cari ilin dekabr ayına qədər endirib. “KPC” tam illik öhdəlik götürməmək üçün bu addımı atıb.

 Şirkət yaponiyalı müştəriləri ilə də artıq danışıqlara başlayıb.

Nubar Süleymanova, “İki sahil”