26 fevral 2021 14:30
996

Azərbaycan Rusiyadan ən çox kənd təsərrüfatı məhsulu idxal edən 6 ölkədən biri olub

Rusiya fevralın 21-nə $3,7 milyard dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da ötən ilin analoji tarixinə olan göstəriciyə nisbətən 41 faiz çoxdur ($2,6 milyard). Bu barədə bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin “Aqroeksport” Mərkəzinin məlumatında deyilir.

Çin Rusiyadan kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınması üzrə liderliyini qoruyub saxlayır (600 milyon dollar – artım 39 faiz). İkinci yerdə Türkiyə (564 milyon dollar, artım 42 faiz), üçüncü yerdə Misir (393 milyon dollar – artım 52 faiz) gəlir. Avropa İttifaqının satınalmaları isə 7 faiz - 386 milyona dollar qədər artıb.

Misir və Türkiyə bu dövr ərzində Rusiya taxılının əsas alıcıları olublar (müvafiq olaraq 362 milyon və 351 milyon dollar).

Rusiyadan ərzaq məhsullarının idxalçılarının ilk onluğuna, həmçinin Koreya Respublikası (235 milyon dollar), Azərbaycan (134 milyon dollar), Pakistan (109 milyon dollar), Ukrayna (101 milyon dollar), Özbəkistan (83 milyon dollar) və Monqolustan (78 milyon dollar) daxildir (interfaks).