27 fevral 2021 23:56
1104

Ermənilər Laçın dəhlizi boyu ağacları kəsir

Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizində ermənilər qanunsuz əməllərə yol verir.

“İki sahil” xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb.

Bildirilir ki, Türkiyə KİV-lərinin yazdığına görə, ərazidəki ağacaları kəsən ermənilər odun parçalarını Xankəndi şəhərinə daşıyır. Bundan başqa, Azərbaycan torpaqlarında qanunsuz yollarla kəsilən ağacları Ermənistana da aparılıb satılır.

Baş verən ekoloji terrora sülhməramlı kontingenti göz yumur.