Ermənistanda Sarkisyan adına Hərbi Universitetin keçmiş rəhbəri, istefada olan general Armen Kaqramanyan Silahlı Qüvvələrin Baş Qərargahına dəstəyini ifadə edib.
“İki sahil” “Hraparak.am”a istinadən xəbər verir ki, general baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub.
"Birmənalı dəstək ifadə edirəm. Baş Qərargahın rəisi və zabit heyətinin imza atdıqları bəyanat birmənalı olaraq düzgündür", - o deyib.