01 mart 2021 18:51
939

Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb

Milli Məclisin deputatlarının koronavirusa qarşı peyvəndləmə prosesinin birinci mərhələsi başa çatıb.

"İki sahil" xəbər verir ki, artıq deputatlar birinci mərhələdə peyvəndin ilk dozasını vurdurublar. Virusu keçirən deputatlarda isə antitellər olduğu üçün hələ ki, onların peyvənd olunması məsləhət görülməyib.

Qeyd edək ki, deputatlar arasında peyvəndləmə könüllü şəkildə aparılır.