01 mart 2021 23:08
972

Peyk xidmətinin həcmi açıqlanıb

2021-ci ilin yanvar ayında "Azərkosmos" ASC tərəfindən dünyanın 21 ölkəsinə 1,98 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"İki sahil" bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd olunur ki, "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil edib. "Azərkosmos" ASC-nin 2021-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, BƏƏ, Pakistan və Türkiyədir.