01 mart 2021 23:51
936

Sabunçuda yanğın hadisəsi

Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 460 kvadrat metr olan ikimərtəbəli mansard tipli evin zirzəmisində bir ədəd kondisioner, bir ədəd televizor və üç ədəd xalça yanıb. Yüksək temperaturdan divar 5 kvadrat metr sahədə qarsalanıb və iki ədəd elektrik sobası əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən dörd nəfər xilas olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın söndürülüb.