02 mart 2021 21:59
962

Ramil Vətən qarşısında borcunu şərəflə verdi

44 günlük şanlı  zəfərimizdə çox igidimiz  Vətən, torpaq yolunda canından  keçdi. Mayor  Ramil Mərdan oğlu Ağayev də belə qəhrəmanlardandı.   Dağlar diyarı Lerikli balasının  ömür yolu cəmi 36 il çəkdi.  Bu işıqlı dünyada az yaşasa da,  xalqına layiqli  bir övlad olaraq  Vətən qarşısında  borcunu şərəflə verdi.

Ramil  Ağayev 2006-ci ildə Heydər Əliyev adına Azərbaycan  Ali Hərbi Məktəbi bitirib qəlbini  tam  Vətənə, torpağına bağlayır. Qarabağın düşmən  tapdağında olmasına ona heç cür rahatlıq vermir, azad olması üçün canını belə  hər an qurban verməyə hazır  olur. Leytenant  rütbəsi ilə xidmət etdiyi hərbi hissədə  əsgərlərin, zabitlərin hörmətini qazanır.

Mingəçevirdə, Murovdağ  silsiləsində Vətənin şərəfini   ləyaqətlə qoruyur. 2016-ci ilin Aprel  döyüşlərində  göstərdiyi  xüsusi  şücaəti ilə yaddaşlarda  qalır. Belə ki, Lələtəpənin alınmasında  dığalara qan uddurur.  Bu uğura görə Ramilə  mayor rütbəsi verilir.

Ramil İkinci Vətən müharibəsinin ilk günündən bir-neçə ağır döyüşlərin  qəhrəmanı olur. Öndə getməsi, igidliyi  onunla çiyin- çiyinə  döyüşənləri  də  irəliyə, yalnız qələbəyə  səsləyir.  Cəbrayıl döyüşlərində  təkcə düşmənin 12 tankını sıradan çıxardır.  Məqamında  dəfələrlə   yaralıları  ağır  döyüş meydanından çıxarmaqla, onlara ikinci həyat verir. Qəhrəman Ramil Füzulinin yaşayış  məntəqələrinin alınmasında  da dığaları ağır itkilərə məruz qoyur. Təəssüf ki,  2020-ci ilin oktyabrın 8-də ömrünün 32-ci baharında şəhadətə qovuşur.

Qəhrəmanımız  layiqli  xidmətə görə  dövləti tərəfində  çoxlu orden, medal almışdı. Vətən müharibəsində  aldığı  “ Vətən uğrunda” medalı da  bu təltiflərə əlavə olundu.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü