02 mart 2021 22:57
743

Kosmodromdan avadanlıq oğurlanıb

Qazaxıstanda Rusiyaya məxsus Baykonur kosmodromundan elektron avadanlıqlar oğurlanıb.

"İki sahil" bildirir ki, bunu Rusiyanın Yerüstü Kosmik İnfrastruktur Obyektlərinin İstismarı Mərkəzi bildirib. Qeyd olunub ki, oğurluq faktı ilə bağlı Rusiyada Daxili İşlər Nazirliyinin müvafiq idarəsi tərəfindən cinayət işi açılıb. Mətbuatın yazdığına görə, oğurluq fevralın ortalarında baş verib. Hadisə kosmodromun istifadə olunmayan uçuş sahəsində qeydə alınıb.