30 yanvar 2019 18:07
373

2018-ci ilin ən yaxşı idmançısı

Futbol üzrə Hollandiya millisinin və “Feyenord” klubunun hücumçusu Robin van Persi ölkəsində 2018-ci ilin ən yaxşı idmançısı seçilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 35 yaşlı hücumçu Hollandiya İdman Mətbuatı Təşkilatı (NSP) tərəfindən “2018 ilin idman şəxsiyyəti” mükafatına layiq görülüb.

Hücumçu cari mövsümdə “Feyenord” klubunun heyətində 20 oyunda 12 qol vurub. O, Hollandiya millisinin forması ilə meydana çıxdığı 100 oyunda 51 dəfə fərqlənib.