03 mart 2021 19:29
994

AFFA-nın icraçı vitse-prezidenti Mərakeşin səfiri ilə görüşüb

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Mərakeş Krallığının ölkəmizdəki səfiri Mohamed Adil Embarşı qəbul edib.

"İki sahil" xəbər verir ki, görüş milli assosiasiyanın inzibati binasında baş tutub.

Hər iki tərəf futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanlarını müzakirə edib.