03 mart 2021 23:56
1012

Oyun neytral meydanda keçiriləcək

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq.

"İki sahil"in məlumatına görə, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib. Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır. UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edir.