Almaniyadakı karantin rejimi 28 marta qədər uzadılıb.
“İki sahil” xəbər verir ki, karantin rejimi uzadılsa da federal əyalətlərə əyləncələrə dair müstəqil olaraq qərar qəbul etmək hüququ verilib.
Almaniyanın kansleri Angela Merkel bildirib ki, məhdudiyyətləri aradan qaldırmaq üçün addımlar atılmalıdır: "Məhdudiyyətləri aradan qaldırmaq üçün addımlar atmalıyıq, ancaq bizi geri atmayacaqlarından əmin olmalıyıq. 2021-ci ildə bahar 2020-ci ilə nisbətən fərqli olacaq”.
Qeyd edilib ki, Almaniyada ilk mərhələdə 8 martdan etibarən kitab mağazaları, çiçək mağazaları, bağçılıq bazarları, gözəllik salonları və sürücülük məktəblərinin açılması planlaşdırılır. Sosial təmaslardakı məhdudiyyətlər də yumşaldılaraq 14 yaşınadək uşaqları nəzərə almadan iki fərqli ailədən beş nəfər mənzildə və evlərdə görüşə biləcəklər.