04 mart 2021 10:07
858

Almaniyada virusdan ölənlərin sayı 71 mini ötüb

Almaniyada son bir gündə 11 912 nəfər koronavirus infeksiyasına yoluxub, 359 pasiyent dünyasını dəyişib.

"İki sahil" xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 471 942 yoluxma halı aşkarlanıb, 71 240 ölüm faktı qeydə alınıb.

İndiyə qədər 2,4 milyondan çox xəstə sağalıb.