04 mart 2021 10:08
913

Dövlət katibi: Çin ABŞ-ın əsas problemidir

Rusiya, İran və Koreya Xalq Demokratik Respublikası (KXDR) daxil olmaqla, bəzi ölkələr ABŞ üçün ciddi problemlər yaradır.

"İki sahil" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

Çinlə vəziyyətin bir qədər fərqli olduğunu deyən dövlət katibinin sözlərinə görə, bu ölkə ilə mümkün olduğu təqdirdə əməkdaşlıq ediləcək, eyni zamanda lazım gəldikdə rəqib kimi davranılacaq: “Çin ABŞ-ın əsas problemidir və bu ölkəyə güc mövqeyindən yanaşmaq lazımdır. Çin sabit, açıq beynəlxalq sistemə ciddi şəkildə meydan oxumağa qadir olan yeganə ölkədir”.