04 mart 2021 10:16
777

Sabirabadda 4 otaqlı ev yanıb

Sabirabad rayonunun Zəngənə kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 140 m² sahədə yanıb.

"İki sahil" FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.