"Ailəm mənim üçün hər şey deməkdir. Türk mentaliteti ilə böyüdüyüm üçün hər yay babamın və nənəmi görməyə gedərdim. Bu, sıx bir əlaqədir və çox vacibdir. Buna görə koronavirusla bağlı mövcüd vəziyyət bəlkə də həyatımın ən çətin dövrlərdən biridir".
"İki sahil" xəbər verir ki, bu sözləri "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan FİFA-nın "PlayOn" efirinə açıqlamasında deyib.
Türkəsilli alman yarımmüdafiəçi COVID-19 tədbirləri səbəbindən çətinlik çəkən Mançesterdəki kiçik miqyaslı müəssisələri dəstəkləmək üçün başlatdığı kampaniya haqda isə bunları söyləyib: "İstər Almaniya, istər Türkiyədə, istərsə də Mançesterdə, cəmiyyət qarşısında bir məsuliyyət daşıdığımı hiss edirəm. Çətin vəziyyətdə yaşayan insanları təsbit edib, onları dəstəkləməyə çalışıram."