04 mart 2021 10:57
1181

Ən çox milyarderə sahib olan ölkə: Çin

2020-ci ildə Çində milyarderlərin sayı daha 259 nəfər artaraq 1058-ə çatıb.

“İki sahil” xəbər verir ki, bununla da Çin ən çox milyarderə sahib ölkə olub.

Milyarderlərin sayına görə növbəti pillələrdə ABŞ (696), Hindistan (177), Almaniya (141), İngiltərə (134), İsveçrə (100) və Rusiya (85) qərarlaşıb.

Ümumilikdə ötən il dünyada milyardlerlərin sayında 610 nəfər artım olub. Hesabat dövründə 2 312 milyarder sərvətini artırıb, 282 milyarderin sərvətində dəyişiklik olmayıb. İl ərzində 32 milyarder dünyasını dəyişib.