04 mart 2021 12:11
1092

YAP-ın qurultayı sabah keçiriləcək

YAP-ın qurultayı martın 5-də olacaq. Qurultay onlayn formada keçiriləcək.

"İki sahil" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının təmsilçisi, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyev deyib. Keçmiş millət vəkilinin sözlərinə görə, qurultayın gündəliyindən xəbərsizdir:

“Qurultayla bağlı hələlik məndə hər hansı məlumat yoxdur. Məndə olan yeganə məlumat ondan ibarətdir ki, onlayn qurultayda partiyanın rayon təşkilatlarının sədrləri iştirak edəcək”. //Publika.az