04 mart 2021 12:13
1176

Çingiz Qənizadə YAP-ın qurultayına niyə qatılmayacaq?

Mediada yayılan xəbərlərə görə, bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına daxil olan keçmiş millət vəkili, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə YAP-ın rəhbər orqanlarında vəzifə veriləcək.

"İki sahil" xəbər verir ki, mövzu ilə əlaqədar fikirlərini Publika.az-la bölüşən Çingiz Qənizadə deyib ki, o, hazırda partiyanın sıravi üzvüdür və onda bununla bağlı hər hansı məlumat yoxdur: “Mənə hər hansı vəzifə təklifi olunmayıb. Bu, partiya rəhbərliyinin həll edə biləcəyi məsələlərdir. Ona görə də heç nə deyə bilmərəm”.

Ç.Qənizadə hakim partiyanın sabah keçiriləcək qurultayına dəvət almadığını da söyləyib: “Mən partiyaya yeni qəbul olunmuşam. Qurultayın üzvü, nümayəndəsi deyiləm. Ona görə də qurultayda iştirak etməyəcəyəm. Yəqin ki, ilk olaraq konfranslara seçilmiş şəxslər orada təmsil olunacaq”.