04 mart 2021 15:48
1061

Ermənistanın sülh istiqamətində addım atacağına ümid edirik

“Ermənistanın sülh istiqamətində atacağı addımlarla regional sabitliyin bir parçası olacağına ümid edirik”.

"İki sahil" xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında deyib.

“Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm”, - deyə Ərdoğan qeyd edib.